Bir ananın iki oğlu
Bir amalın iki qolu
O da ulu bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir dilimiz bir
Ayımız bir ilimiz bir
Eşqimiz bir yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millə tik iki dövlət
Eyni arzu eyni niyyət
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə
Birdir bizim hər halımız
Sevincimiz-məlalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum ata yurdum
Azərbaycan-Türkiyə.
Bahtiyar Vahapzade