Kitablar həmişə hansısa gözləntini qarşılamalıdır. Hələ bu elmi ədəbiyyat və ya müxtəlif elmlərdən tərtib olunmuş məqsədli xronikadırsa onda oxucu təfəkkürün-dən ən azı bir addım öndə olmalıdır.
Əsasən publisisti-kanın XXI əsr araşdırmaçılıq ənənəsi indi ədəbiyyata da sirayət etməkdədir. Bu gün dünyada müxtəlif mövzulu araşdırma kitablarının milyonlarca oxucusu var. Bədii ədəbiyyat həvəskarı olmayanların bu tip kitablara bəslə-diyi maraq anlaşılandır. Əgər məqsəd şəxsiyyətin for-malaşmasına yönəlibsə bura müxtəlif istisnaları yerləş-dirmək olar. Əsas odur ki mövzunun oxucu üzərindəki təsir gücü aktual olsun.