Rus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 - 1923 Müstəmləkə Müharibəsi
Rus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 - 1923 Müstəmləkə Müharibəsi
    • Basım Yılı
    • Sayfa Sayısı
      572
    • Kağıt Türü
      Kitap Kağıdı
    • Ebat
      14 x 23
    • Dil
      Azerice
    • Cilt Durumu
      Karton Kapak
    • ISBN-13
      9786056550669
    1568 gün davam edən Birinci Dünya müharibəsinə 35 dövlət qoşulmuşdu. Bu müstəmləkə müharibəsində Müttəfiq Dövlətləri tərəfindən ermənilərlə Avstraliya və Yeni Zellandiyanın da daxil olduğu 45 milyondan çox insan səfərbər edildi. İttifaq Dövlətləri isə 25 milyona yaxın insanı səfərbər edəbilmişdilər. Müharibənin sonunda Osmanlı rus alman və AvstriyaMacarıstan İmperatorluqları tarix səhnəsindən silindilər. Ölü və yaralı olaraq 20 milyon insan itkisi verildi. 8 milyon nəfər əsir düşdü. Müstəmləkə müharibəsinin vurduğu maddi zərərin 186 milyonla 260 milyon arasında olduğu irəli sürülmüşdür.
    Müstəmləkə müharibəsinin başladığı 1914-cü il avropalılara görə "xəstə adamın" yəni Osmanı Dövlətinin tarix səhnəsindən silinməsi üçün qurulan planların və ssenarilərin artdığı və sürətləndiyi bir il olmuşdur. Şübhəsiz ki "xəstə"nin mirasını bölüşmək dərdində olan Qərbin müstəmləkəçi güclərinin Türkiyə üzərindəki layihə və planlarının reallaşdırılması üçün "xəstəyə" son zərbəni vuracaq yardımçı "daxili güclərə" ehtiyac vardı. Məhz bu səbəbdən müstəmləkəçi güclərin milli maraqlara xidmət edərək "xəstəyə" son zərbəni vuracaq "bir yaxın" axtarılırdı. Bu yaxını tapmaqda gecikmədilər. Osmanlı Dövlətini içəridən xəncərləyəcək güc kimi "Osmanlı ermənilərini" gördülər. Ermənilər isə uzun bir müddətdir xəyalını qurduqları ən azından muxtar bir dövlətə qovuşmaq üçün bu rolu özlərinə uyğun gördülər.
    Birinci Dünya müharibəsinin başlaması erməni liderləri tərəfindən qaçırılmaması gərəkən "tarixi bir fürsət və an" kimi görülmüşdü. Yüz illər boyunca onlara qucaq açmış bir xalqa və dövlətə qarşı baş qaldıran silahlı bandaları və silahlı şəbəkələri özündə birləşdirən Daşnaksutyun Partiyası mənsubları Osmanlı Dövlətinin parçalanması üçün əllərindən gələn qədər müharibə dövründə hər yola əl ataraq heç cür ölməyən "xəstə adam"ı cərrahi üsullarla tarixin səhifələrindən kənara atmaq üçün "son neştəri vurma" rolunu özlərinə yaraşdırdılar bu yolda Çar Rusiyasına və Qərbin müstəmləkəçi dövlətlərinə xidmət etmək üçün əllərindən gələni etdilər.
    "Əlinizdəki bu kitab öz ölkəsi Osmanlı Dövlətinə xəyanət edən erməni silahlı birlikləri və silahlı bandaları ilə ruslar arasındakı münasibət və əlaqələri sənədlərə əsaslanaraq açıq şəkildə ortaya qoymuşdur. Kitab həqiqəti və sadəcə həqiqəti öyrənmək və tarixi hadisələr qarşısında düzgün bir mövqedə haqqa şahidlik etmək istəyən vicdan sahibi oxuculara təqdim edilmiş dəyərli bir xəzinədir."
    Katkıda Bulunanlar
    Ürün Kategorileri
    YORUM YAPIN
    Yorum Başlığı:
    Yorumunuz*:
     
    Bu ürünle ilgili bize iletmek istediğiniz her hangi bir hata mevcut ise aşağıdaki formdan gönderebilirsiniz.
    Bildirdiğiniz hata tarafımızdan düzeltilince e-posta ile bilgilendirileceksiniz.
    Hata Detayı:
    FIRSATLAR
    © 2024 KitapStore.com - Tüm Hakları Saklıdır