Dirəniş
İnsana verilən hər hansı bir yük
Heç vaxt ola bilməz özündən böyük.
Tapılar hər dərdin həlli çarəsi
Qüvvətdir o dərdin qəmi qüssəsi.
Dərdlər ki böyüyüyüb dağ boyda olar
İnsana yeni bir qapı aralar.
Yaranar yepyeni baxış bucağı
Açılar o dərdin çözüm qucağı.
Bəlkə də sümüyə dirənsə bıçaq
Göz yaşı tökməsin gərəkdir qoçaq!
Səbr edib əzm edib ancaq çalışmaq;
Qanlı bir savaşda mərdcə vuruşmaq
Bax budur zəfərin yeganə yolu
Hər hüznün yanında sevinclər dolu.
Gecənin ən zülmət olduğu bir an
Sübhün doğulduğu zamandır inan.
Nə qədər qaraysa gecə göy üzü
Ayırd etmək olmursa yanlışı düzü.
Mütləqdir aydınlıq çox yaxındadır
Doğruluq ordusu bil axındadır!
Boğaza yığılsan dərddən kədərdən
Sanma ki həyatın keçib hədərdən.
Yorulmaq doğrudur dincəlmək normal
Savaşdan çəkilmək; budur anormal.
Oturub dincəlib dər nəfəsini
Eşit ataların məğrur səsini:
"Gündüz oturmadım gecə durmadım
Bunun sayəsində mən yox olmadım!"
Qəhrəman millətin qutlu tarixin
Zəfər salnaməsi daşıyan irqin.
Hər zaman çalışqan igid atalar
Ən çətin anlarda köməyə çatar.
Bir düşün Teymurun Hind zəfərini
Kürşadın saraya tək səfərini!
Yetməzmi Metenin dəli hünəri?
Atilla xaqanın elədikləri?
"Ənvər" tərif edər çalışqanlığı
Əzmdir Kül Tiginin alışqanlığı.
Bax bunlar və daha neçə örnəklər
Güc qüvvət verməyə yetərlidirlər.
Gəlsə də dərdlərin ardı ardına
Sığın ruhundakı məğrur orduna.
Çıxdığın yolundan dönmə geriyə
Düşünmə qayıtmaq üçün bəriyə.
Uğurlu bir yolun sonuna ancaq
Zəfərə inanmış kimsə çatacaq!