Ağlar gözlüm baxışların qəm dolu
Dərdin nəydi bilənmədim bağışla.
Ömrüm boyu həsrətinə can dedim
Bir dərdini bölənmədim bağışla.
Hə can dedi nə haqqımı haqladı
Nə öldürdü nə yaramı bağladı.
Göylər mənim gözlərimə ağladı
Göz yaşını silənmədim bağışla.
Həm solumda həm sağımda gülüşlər
Dağ-dağ oldu qəm dağımda gülüşlər
Çilikləndi dodağımda gülüşlər
Gül üzünə gülənmədim bağışla.
Ocaq çatdım kül yeridi üstümdən
Oba köçdü el yeridi üstümdən
Tufan qopdu sel yeridi üstümdən
Harayına gələnmədim bağışla.
Bax səsimi laylalara köçürdüm
Haqq səsini laylalara köçürdüm.
Nəfəsimi laylalara köçürdüm
Torpağına bələnmədim bağışla.
Döndü könlüm qəm qusuna dolandım
Torpağına mən daşına dolandım.
Həsrətinin mən başına dolandım
Ayağında ölənmədim bağışla.
Nə qaranlıg bir ömüre yan dedim
Sökülsəydi göy üzündə dan dedim.
Ömrüm boyu həsrətinə can dedim
Bir dərdini bölənmədim bağışla.