"Ənənəvi üslubda yazılmış hekayələrçün darıxan oxucular bu kitab sizə ünvanlanıb.
Fidan Malikin böyük ürəklə həssaslıqla qələmə aldığı əsərlər sizlərdə də incə duyğular kövrək hisslər oyadacaq.
"Ananın xalçası" hekayəsində mənəvi dəyərlərin "Balaca ağac" da zəhmətsevərliyin bölü-şüb paylaşmaq sevincinin "Telefon zəngi"ndə ailə ənənələrinin "Mən səni sevirəm"də qay-ğının sevginin təəssübün "Ekler"də nümunəvi ailə modelinin özünü görəcəksiniz.
Ən əsası da odur ki bədii təsvirlərlə zəngin olan bu hekayələr oxucu qəlbinə nüfuz edə biləcək qədər sənətkarlıqla yazılıb."