Azərbaycanda psixoloji fikir tarixi qədim və zəngindir. XX əsrdə və eləcə də XXI əsrin ilk on illiyində Azərbaycanda elmi psixologiya xalqımızın təfəkkür qaynaqlarına milli mənəvi dəyərlərə söykənərək inkişaf edib formalaşmışdır.
Hər bir xalqın özünəməxsus adət və ənənələri istək və arzuları xarakteri ağıl və düşüncəsi təfəkkür tərzi qonaqpərvərliyi qabiliyyəti ictimai sosial münasibətləri bir sözlə mənəvi psixoloji aləmi onun milli mənəvi dəyərlərində öz əksini tapır. Bu milli mənəvi dəyərləri isə müxtəlif formalarda (şifahi xalq yaradıcılığı nümunələrində dini təsəvvürlərdə görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığında daş və qaya rəsmlərində arxeoloji qazıntılarda və s) təşəkkül tapmış inkişaf edib nəsildən - nəslə ötürülmüşdür.
Bu baxımdan Azərbaycanın da özünəməxsus milli mənəvi dəyərləri ilk növbədə şifahi xalq yaradıcılığında öz əksini tapmışdır.
Azərbaycan şifahi xalq yaradıcılığı canlı danışıq dilimizin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir. Azərbaycan şifahi xalq yaradıcılığının hər bir nümunələrində (nağıllar atalar sözü və məsəllər bayatılar laylalar tapmacalar yanıltmaclar nəğmələr və s) xalqımızın mənəvi psixoloji aləmi məişəti dünyagörüşü təfəkkür təxəyyülü hissi iradi keyfiyyətləri qabiliyyət və istedadı əməyə münasibəti əks etdirilir.