Bu kitabəsasən son illərdə yaşayan Kərkük şairləri ilə bağlıdır. Bu əsərimizin İraq Türkmanlarına aid tədqiqatların çatışmazlığına və Türkmanların unudulmağa üz tutmuşluğuna diqqət çəkəcəyini eyni zamanda Türkman ədəbiyyatı və şairləri haqqında Azərbaycanda böyük bir boşluğu dolduracağına inanırıq.
"Kərkük şairləri" kitabında sadəcə 100 İraq Türkman şairinin bioqrafiyasını və şeirlərini Azərbaycan türkcəsinə tərcümə edə bildik. İnşallah gələcəkdə digər Türkman şair və yazıçılarının da əsərlərini tərcümə etməyə söz veririk. Bunu xüsusilə qeyd etmək istəyirik ki Kərkük adı İraq Türklərinin rəmzi adı olduğuna görə kitabımıza "Kərkük Şairləri" adını vermişik.