Kamal Abdullanın romanları (bütövlükdə bədii yaradıcılığı) oxucunu müxtəlif cavablı suallar qarşısında qoyur və oxucu düşüncəsini hərəkətə gətirir. Mütləq həqiqətdən qaçıb "çoxhəqiqətlilik" səhnələrini qələmə alan yazıçı imkan yaradır ki bu səhnələrdə oxucu öz həqiqətini və yaxud həqiqətlərini tapa bilsin. Fatih Kəskin sıravi oxucu yox ciddi araşdırmalar aparan oxucudur. O çağdaş ədəbi-nəzəri fikrə sufizm buddizm freydizm yunqçuluq və s. kimi təlimlərə ən başlıcası isə özünün Söz və Sənət duyumuna arxalanıb sistemli şəkildə Kamal Abdulla romanlarındakı incəliklərə varır və inandırıcı fikirlər irəli sürür.
Fatih Kəskinin böyük zəhmət və istedad bahasına ərsəyə gəlmiş Kamal Abdulla romanlarında struktur mövzu və ideya istiqamətləri əsaslı monoqrafiyasının ədəbi camiədə maraqla qarşılanacağı şəksiz-şübhəsizdir.
Prof. Dr. Muxtar Kazımoğlu
Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstutunun Direktörü